"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - YENİLƏNİB
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - YENİLƏNİB
Cəbəllüttariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununa satılan biletlərin sayı məlum olub.
Xəbər verilir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matça 18 min 500 bilet satılıb. Hazırda bilet satışı davam edir.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 69 min 870 nəfərdir.
***09:46
Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxacaq.
Xəbər verilir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azadsoz.com